AZ

İspaniya klublarının heyətində ən çox oyun keçirən futbolçuların siyahısı bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) eyni komandada bütün turnirlər nəzərə alınmaqla 700 və daha çox matç keçirənlərin cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, indiyədək yeddi oyunçu belə göstəriciyə imza atıb. Siyahıya üç klubun təmsilçiləri daxil ola bilib.
"Barselona" və "Real Madrid"in üç futbolçusu siyahıda yer alıb. Digər futbolçu isə "Sevilya" klubunun təmsilçisidir.
Rekord "Barselona"da 778 matça çıxan Lionel Messiyə məxsusdur:
1. Lionel Messi ("Barselona") - 778;
2. Xavi ("Barselona") - 767;
3. Raul ("Real Madrid") - 741;
4. İker Kasilyas ("Real Madrid") - 725;
5. Serxio Buskets ("Barselona") - 722;
6. Manolo Sançis ("Real Madrid") - 710;
7. Xesus Navas ("Sevilya") - 700.
Seçilən
23
oxu.az

1Mənbələr