AZ

Şeyma Subaşının son görünüşü görənləri təəccübləndirdi

Sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirən Şeyma Subaşının son görünüşü pərəstişkarlarını təəccübləndirib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Subaşının o qədər arıqlaması, demək olar ki, bir dəri, bir sümük olması diqqətdən qaçmayıb.

Tanınmış aparıcı və prodüser Acun Ilıcalının keçmiş həyat yoldaşı fenomen Şeyma Subaşı eşq həyatı və sosial şəbəkədəki paylaşımları ilə maqazin gündəmində qalmaqda davam edir.

Xaricdə keçirdiyi dəbdəbəli tətilləri və sevgililəri ilə daim gündəmdə olan Subaşı bu dəfə son görünüşü ilə gündəm oldu .
İnstaqramda 2,8 milyon izləyicisi olan 34 yaşlı fenomen Şeyma Subaşı paylaşımlarına ara vermədən davam edir.

Şeyma Subaşı misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussi ilə Mərakeşdə möhtəşəm toyda evlənib. Xoşbəxtlikləri uzun sürməyən Subaşı və Alsaloussi 2023-cü ildə boşanmaq qərarına gəliblər.

Şeyma Subaşı bir müddət əvvəl braziliyalı model Marlon Teixeira ilə eşq yaşadığını açıqlamışdı.

Hazırda Balidə istirahətinin dadını çıxaran Subaşı iddialı pozaları ilə adından söz etdirməyə davam edir.

Şeyma Subaşı qəhvəsinə əlavə etdiyi xüsusi qida sayəsində maddələr mübadiləsini sürətləndirərək formasını qoruduğunu bildirib. Fenomen həftədə ən az 3 gün idman etdiyini bildirib.

Ceyran

 

Şeyma

 

Şeyma

 

 

Seçilən
13
tribunainfo.az

1Mənbələr