AZ

Rusiyaya casusluq edən ABŞ səfirliyinin mühafizəçisi yaxalanıb – Osloda əməliyyat, hər şeyi etiraf etdi...

Osloda Rusiya və İranın xeyrinə casusluq etməkdə şübhəli bilinən ABŞ səfirliyinin 20 yaşlı mühafizəçisi həbs edilib. Bu barədə “Reuters” Norveç Polisinin Təhlükəsizlik Xidmətinə (PST) istinadən məlumat yayıb. O, noyabrın 20-də öz evində saxlanılıb və ertəsi gün Norveç məhkəməsi onun dörd həftəlik həbsinə qərar verib.

PST-nin sözçüsü Tomas Blom bildirib ki, saxlanılan şəxs istintaqla əməkdaşlıq edir. Onun sözlərinə görə, ondan külli miqdarda rəqəmsal materiallar müsadirə edilib.

Şübhəlinin vəkili Con Kristian Elden müvəkkilinin Rusiya və İran kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığını, lakin onun məxfi məlumatlara malik olub-olmamasını bilmədiklərini deyib.

2022-ci ilin oktyabrında Xose Assis Giammaria casusluqda şübhəli bilinərək Norveçdə saxlanılıb. Daha sonra məhkəmədə Giammaria Rusiya vətəndaşı Mixail Mikuşin olduğunu etiraf edib. Norveç kəşfiyyat orqanları Braziliya vətəndaşlığının və Tromso Universitetində qonaq tədqiqatçı statusunun sadəcə bir maskalanma olduğunu bildiriblər.

PST-nin məlumatına görə, Giammaria - Mikuşin Norveçdə Rusiya hərbi kəşfiyyatı QRU-nun göstərişi ilə işləyib.

“AzPolitika.info”

Seçilən
32
azpolitika.info

1Mənbələr