AZ

Bakı sakininin maşınının təkərini deşdi, həbs olundu

Bakının Nərimanov rayonunda vətəndaş Ramazan Murtuzəliyevə məxsus avtomobilin təkərlərini deşən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, müşahidə kameralarının görüntülərinə baxış keçirilərkən aşkar edilib ki, hadisə 1985-ci il təvəllüdlü Ülvü.A. şəxs tərəfindən törədilib. 

Ülvi barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə qərarı ilə təqsirləndirilən şəxs 8 gün müddətinə inzibati qaydada həbs olunub. 

Aydın
Seçilən
25
qaynarinfo.az

1Mənbələr