"Barselona" gənc vingeri Lamin Yamal ilə müqavilə yeniləyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Barca Universal" yayıb.
Xəbərə görə, superistedad 18 yaşına çatanda onun anlaşmasının müddəti daha 6 il müddətinə uzadılacaq və müqavilədəki sərbəstqalma məbləği 1 milyard avro olacaq. Mənbə tərəflərin bu yöndə razılaşdıqlarını vurğulayıb.
Xatırladaq ki, Yamal cari mövsüm bütün turnirlərdə 16 matça çıxaraq 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Onun "blauqrana" ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Nihat