AZ

Yaşıl Zonada COP29-un irsi ilə bağlı tədbir keçirilib

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on ikinci günündə Yaşıl Zonada "Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi" adlı tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbir Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirlərini araşdırıb.

Azərbaycanda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayevin moderatorluğu ilə baş tutan panel müzakirəsində "GLOBE International" şirkətinin baş direktoru Malini Mehra, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova, BMT-nin İnkişaf Proqramının Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto, Azərbaycan Tekstil Assosiasiyasının İcraçı Direktoru Fəridə Axundova çıxışlar edərək Azərbaycanın ev sahibliyindən necə faydalandığını, yaşıl keçidi sürətləndirmək, qlobal tərəfdaşlıqlarını gücləndirmək və iqlimə dayanıqlılığını artırmaq məqsədilə öz rolunu necə istifadə etdiyini əhatə edib.

Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycanın əsas təşəbbüsləri təqdim edilib, o cümlədən korporativ ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) sahəsindəki irəliləyişlər, bərpa olunan enerji və innovasiya sahələrindəki investisiyalar və dayanıqlı, eyni zamanda aşağı karbonlu gələcək qurmağa yönəlmiş siyasət dəyişiklikləri müzakirə edilib.

Seçilən
5
4
avtosfer.az

4Mənbələr