AZ

Ukrayna parlamentindəki toplantı Rusiyanın hücum iddialarına görə ləğvEDİLDİ

Ukrayna parlamentində bu gün keçirilməsi planlaşdırılan iclas Rusiyanın Kiyevdəki hökumət binalarına hücumu ilə bağlı iddialara görə ləğv edilib.

Redaktor.az xəbər verir ki, Bu barədə Ukraynanın hakim partiyasının üzvü Yevgeniya Kravçuk bildirib.

Deputat Rusiyanın Kiyevdə hökumət binalarına hücum edəcəyi ilə bağlı etibarlı mənbələrdən kəşfiyyat məlumatı aldıqlarını bildirib. Hücumun nə vaxt baş verəcəyi məlum deyil. Bildirilir ki, Ukrayna parlamentindəki iclas ehtiyat tədbiri olaraq ləğv edilib.

Qeyd edək ki, Rusiyanın hücumları iddiaları ilə bağlı narahatlığa görə, NATO və Ukrayna Şurası gələn həftə görüşəcək.

Səfirliklər səviyyəsində baş tutacaq görüşün çərşənbə axşamı Brüsseldə keçirilməsi planlaşdırılır.

İclasda Rusiyanın sınaq məqsədilə atdığını açıqladığı orta mənzilli hipersəs raket hücumu müzakirə olunacaq.

Seymur BƏNNAYEV 

Seçilən
15
redaktor.az

1Mənbələr