AZ

Sürücülərə şad xəbər: Dövlət onları belə sevindirəcək

“İctimai nəqliyyata dövlət büdcəsindən vəsait ayrılması, əslində, bu il də nəzərdə tutulmuşdu. Sadəcə olaraq, proyektin vaxtı bir az uzandı. Yəqin ki, növbəti il sözügedən layihə baş tutacaq və ictimai nəqliyyata öz təsirini göstərəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O, dövlət büdcəsindən ictimai nəqliyyat üçün ayrılan vəsaitin hansı yeniliklər üçün nəzərdə tutulduğunu şərh edib. Bildirib ki, ictimai nəqliyyata dövlət dəstəyi mütləqdir:

“Həmin vəsaitin ayrılması yalnız avtobus parkının yenilənməsi üçün nəzərdə tutulmayıb. Burada bir çox məsələlər var. Məsələn sürücülərin əməkhaqqının verilməsi, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarların bu sahədə dəstəklənməsi və digər məsələlər sənəddə öz əksini tapacaq. Dövlət daşıyıcılara bir növ subsidiya ayırır. Bunun ayrılması müsbət bir haldır. Çünki dünyanın heç bir yerində ictimai nəqliyyata dövlət dəstəyi olmadan ayaqda qalmaq mümkün deyil. Bəzi halları çıxmaq şərti ilə əminliklə deyə bilərik ki, bu praktiki olaraq mümkün deyil. Mütləq dövlət dəstəyinə ehtiyac var. Ya xaotik bir ortam olmalıdır, ya da dövlət dəstəyi olmalıdır ki, daşıyıcılar inkişaf edə bilsinlər. Baxırıq ki, son dövrlər ümumi vəziyyət heç də ürəkaçan deyil. Daşıyıcı şirkətlər yeni avtobuslar alıb-gətirə bilmir. Bir çox məsələlərdə əziyyət çəkirlər”.

E.Muradlı ayrılan vəsaitin əsas istiqamətindən də söz açıb:

Seçilən
10
2
publika.az

3Mənbələr