AZ

Rasim Balayevin səhhəti necədir? - AÇIQLAMA

Xalq artisti Rasim Balayev səhhəti barədə danışıb.

Day.Az Axşam.Az-a istinadən xəbər verir ki, xalq artisti Rasim Balayev səhhəti ilə bağlı açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, aktyor "Qonaqcanlı" verilişində müsahibə zamanı müalicələrinin davam etdiyini bildirib.

Rasim Balayev dostlarının onu tez-tez axtardığını, sağlamlığı barədə soruşduqlarını və "necəsən?" sualına cavab olaraq "Babatam" dediyini qeyd edib. Aktyor əlavə edib ki, dostları onu daha müsbət cavab verməyə təşviq edir: "Deyirlər, bir dəfə də "yaxşıyam" de. Mən də deyirəm: "Yaxşıyam, getdi." Amma bir az ayağımda problem var. "Babək", "Dədə Qorqud" və bir türk filmində atdan yıxılmışam. 60 yaşına qədər heç bir problem olmadı, amma sonra ağrılar başladı. Bəzən kabinetdə oturarkən belə yırtıq yaranır, əsəb sıxılır və sol ayağım ağrıyır. Tez-tez fizoterapiyaya gedirəm."

Xalq artisti yaşlanmaqla bağlı düşüncələrini də bölüşüb: "Deyirlər ki, qocalığı boynuna alma, amma necə almaq olar? Bədəndə hiss olunur. Əsas odur ki, ruh cavan olsun. Ruhum cavan qalıb, amma cismim artıq qocalıb. Mənim cismim 77 yaşındadır, ruhum isə 25 yaşında."

Qeyd edək ki, Rasim Balayev bir müddət əvvəl əməliyyat keçirib.

Seçilən
17
day.az

1Mənbələr