AZ

NATO və Ukrayna Rusiyanın yeni raketi ilə bağlı təcili toplantı keçirəcək

Ukrayna-NATO Şurası Rusiyanın Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə qarşı yeni raketdən istifadə etməsi ilə bağlı təcili iclas keçirəcək. 

Demokrat.a
z xəbər verir ki, bu barədə TASS  məlumat yayıb.

Məlumata görə, görüş noyabrın 26-da baş tutacaq. 

İştirakçılar Rusiyanın hipersəs ballistik raketinin Ukraynaya enməsini qiymətləndirməyə hazırlaşırlar.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin ordunun Dnepr şəhərindəki “Yujmaş” zavoduna ən son “Oreşnik” orta mənzilli raket kompleksindən istifadə edərək hücum etdiyini açıqlamışdı. 

Onun sözlərinə görə, hətta müasir Qərbin hava hücumundan müdafiə sistemləri belə hücumlardan xilas olmaq iqtidarında deyil.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
11
13
demokrat.az

10Mənbələr