AZ

Zibili yerə atanların NƏZƏRİNƏ: 300 manatdan 5000 manatadək...

Gün ərzində kifayət qədər məişət tullantılarının vətəndaşların gündəlik istifadə etdiyi yollarda, səkilərdə alış- veriş mərkəzlərində atıldığının şahidinə çevrilirik. Bu şəxslərə hər nə qədər xərdarlıq edilsə də bunun bir etika məsələsi olduğunu da qeyd edirlər. Ancaq vəziyyət elə bir həddə gəlib ki, bu hal artıq etikadan keçib. Görünür bunun üçün cəza tətbiq edilməsə belə halların qarşısını almaq mümkünsüz olacaq. Məhz bu səbəbdəndir ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır.
 
 
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı.
 
"İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulub.  Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə  isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilirlər.
Bundan başqa, məcəlləsnin 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərəd tutulub.
Əlavə edək ki, həmin cərimələrin məbləğlərinin artırılması ilə bağlı qanun layihəsi Milli Məclis tərəfindən təsdiqlənib. Qanun qüvvəyə mindikdən sonra tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 300 manat olacaq. Həmçinin həmin  xətaya görə cərimə edilən şəxs  1 il ərzində təkrar eyni əmələ yol verərsə, 700 manat məbləğində cərimə ediləcək. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq oluna bilər. 
Bundan başqa, nəişət tullantılarının kənar yerlərə atılmasına görə də cırimə məbləği 300 manatdan 5000 manatadək müəyyən olunacaq. 
 
Qeyd edək ki,  dəmir yolu qatarlarında vaqonların pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə, metropoliten stansiyalarının vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə görə, gəmilərdən zibil və başqa predmetlər atmağa görə də inzibati cərimələr nəzərdə tutulub".
Seçilən
27
moderator.az

1Mənbələr