AZ

“Poetika.izm” jurnalının növbəti nömrəsi çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

İnstitutdan bildirilib ki, yeni nömrə elmi jurnalın baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Müasir ədəbi proses və nəzəri araşdırmalara baxış” başlıqlı məqaləsi ilə başlayır.

Jurnalın baş redaktor müavini professor Tahirə Məmməd, məsul katibi dosent Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Nəzəriyyənin tədqiqi”, “Tarixi poetika”, “Janr, struktur, forma”, “Ədəbi təhlil. Mətn poetikası”, “İntertekstuallıq və multidisiplinar əlaqə”, “Tərcümə nəzəriyyəsi” bölmələrindən ibarətdir. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.

Jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və ədəbiyyat nəzəriyyəsi baxımdan işləyən məqalə və araşdırmalara üstünlük verir.

Qeyd edək ki, jurnal “ResearchGate”, “OAJI.net”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.

Seçilən
14
xalqqazeti.az

1Mənbələr