AZ

Toya çox miqdarda pul yatırırlar sonra da borc-xərc içində qalırlar -Sosoloqdan sərt tənqid

Toy xidmətlərinin xərcləri çoxsaylı amillərdən asılı olaraq dəyişir və hər bir toy üçün fərqli ola bilər. Bu xərclər toyun məkanı, təşkilatçılığı, qonaq sayı, xidmətlərin növü və digər faktorlara görə müəyyən edilir. Toy hazırlıqları cütlüyün tələblərinə və büdcəsinə uyğun olaraq sadə və ya lüks ola bilər. Hər bir toy təşkilatının özünəməxsus elementləri olduğu üçün xərclər bəzən gözləniləndən daha yüksək və ya aşağı ola bilər. 
Atalar “Toy xərci ilə ev almaq olmaz” deyiblər. Amma indiki toylara çəkilən xərclə həm ev, həm də maşın almaq olar.
Bəs toy xidmətlərinin xərcləri nə qədərdir?
KONKRET.az xəbər verir ki, toyda bəylə gəlin toylarında unudulmaz xatirələr yaşamaq üçün hər şeyin ən yaxşısın istəyirlər. Belə ki, əksər cütlüklər toy etmək üçün iri şadlıq saraylarına üz tuturlar. Toy çəkilişləri min. 400 manatdan başlayıb, video çəkilişlər isə 600-1500manat arası dəyişir.
Regionlarda toy çəkilişi paytaxtdan 2 dəfə bahadır. O,  bunun səbəbini yol xərcləri ilə bağlayır. Həmçinin videoqraf deyir ki, bölgələrdə toy daha tez başlayır, bu da çox iş deməkdir.
Dekorlara gəldikdə isə  qiymətlər 170 manatdan başlayaq artır. Əksər şadlıq saraylarında bu kimi xidmətlər ümumi toy sahibinə təklif edilir. Min düzəliş 500 manatdan başlayaraq 10 min manata kimi artır.
Dekorasiyanın içində masaüstü güllər, bəy gəlin stolu, arxa fonlar, foyede foto zonalar, ağır tüstülər və fişənglər olur. Bəzən isə bu kimi paketlərə maşınlar da əlavə edilir.
Bu xidmətlərin qiyməti seçilən şirkətin prestijinə, toyun keçirildiyi yerin mövqeyinə və digər faktorlarla bağlı olaraq dəyişə bilər. Beləliklə, hər bir cütlük toylarının büdcəsini nəzərə alaraq xidmətləri seçir və uyğun qiymət təklifi ilə müqavilə bağlayır.

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, insanlar toya çox miqdarda pul yatırırlar sonra da borc-xərc içində qalırlar:

“Hesablayanda görürsən ki, əslində toya qoyulan pul ilə yaxşı ev almaq mümkündür. Çox lazımsız adətlər çıxarıblar. Toya kimi elçiliklər, ad qoymalar, nişanlar, bəlgələr, xınayaxdılar, qız toyu, oğlan toyu, qurbanlıqlar, bayramlıqlar kimi məsələr var. Təsəvvür edin toya gəlib çıxana qədər hər iki tərəf varından, yoxundan olur. Hazırda bəhsə-bəhs vəziyyət yaranıb. O buna hədiyyə, bu ona hədiyyə verir, tərəflər bir birini qonaq çağırırlar. Borcun-xərcin içində üzə-üzə insanlar özünü məcbur edirlər ki, qarşı tərəf üçün dəbdəbəli süfrə açsınlar, xonça aparsınlar. Bunlar nəyə və kimə lazımdır? Niyə görə çiyinlərinə bu qədər borc yüklənir? İnsanlar hər şeyi göstəriş uğruna edir. Tək toyda deyil, uşaq anadan olanda, bağçaya gedəndə, birinci sinifə başlayanda da dəbdəbə ilə qeyd etmək məcburiyyətində hiss edirlər. Sanki insanlar özləri üçün deyil, ətrafı üçün yaşayır. Hər kəs çəkib sosial şəbəkədə paylaşmaq və özünü başqasına göstərmək məcburiyyəti hiss edir. Hər iki tərəf birləşib sadə toy məclisi etməklə o gəncləri ağır bir yükdəndə qurtara və toya tökdükləri xərcləri birləşdirib ev ala, onlar üçün banka təminat qoya, hər hansı ölkəni gəzməyə göndərə bilərlər".

Sosioloq əlavə edib ki, bu qədər dəbdəbəli süfrələrə və proseslərə Ehtiyac yoxdur:
"Toyda bəy və gəlinin şəkil albomunu sadə formada 30-40 şəkil ilə 500 və 1000 manat aralığında satırlar. Həmin gənclərdə özlərini bu albomu almaq məcburiyyətində hiss edir. Çünki gənclər belə görüb, bu cür öyrəniblər. Yəni hamıda var məndə niyə olmasın düşüncəsi mövcuddur. Qonşu ilə yarışmaq, bəhsə girmək və özünü hamı ilə bir tutmaq insanların qanına işləyib. Əgər biri bunu edirsə, səndə etmək məcburiyyətində deyilsən. Sən ayağını, öz yorğanına görə uzat, bu sahədə olan adətləri dəyişdir, toya tökdüyün xərci gələcəyin üçün banka yatırım et. Əgər banka qoymaq istəmirsənsə, ölkə gəz. Toylara tökülən pul ilə 4-5 ölkə gəzmək, hətta dünya turuna belə çıxmaq olar”.
Seçilən
30
sherg.az

1Mənbələr