AZ

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Berlinin gizli planı

Berlin “Almaniya əməliyyat planı” kimi tanınan hərtərəfli fəaliyyət planı hazırlayaraq Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır. 

Missiya.Az bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadən xəbər verir ki, orada ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrinin qarşısının alınması halında hərəkətə keçmək üçün təlimatlar var.

Planda “xüsusilə hərbi səbəblərdən qorunmağa ehtiyacı olan” strateji əhəmiyyətli binaların və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri də yer alıb.

Şərqdə münaqişə baş verərsə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna çox diqqət yetirilir:

Almaniya “onlarla, bəlkə də yüz minlərlə əsgəri” qəbul edib köçürməli olacaq.

Bundesverin nümayəndələri sənədi "canlı" adlandıraraq, onun məzmununun vəziyyət dəyişdikcə düzəldilə biləcəyini vurğuladılar.

Ordu artıq Almaniya müəssisələrini potensial fövqəladə vəziyyətə hazırlamağa başlayıb. Əməliyyat planının icrası çərçivəsində müxtəlif federal subyektlərdə sahibkarlarla izahat işləri və görüşlər keçirilir.

Məsələn, Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda polkovnik-leytenant və Hamburqun ərazi müdafiəsinin rəisi Yorn Plişke şirkətlərə hər yüz işçidən ən azı beş nəfərinə yük maşını sürmə vərdişləri öyrətməyi, dizel yanacağı almağı tövsiyə edib.

“Almaniya yollarında yük maşınlarının 70%-ni Şərqi Avropalılar idarə edir. Müharibə başlasa, bu insanların axırı necə olacaq?” — Plişke kadr çatışmazlığına və maddi-texniki təchizatın pozulmasına hazırlaşmağın zəruriliyinə diqqət çəkərək ritorik sual verib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
1
missiya.az

10Mənbələr