Həm I həm də ll Qarabağ müharibəsində torpaqlarımız uğrunda canını fəda etmiş oğulların sırasında digər xalqların da təmsilçiləri oldu. Onlar hamımızın ümumi Vətəni olan Azərbaycanın müdafiəsinə qalxıb, azərbaycanlı oğullarla çiyin-çiyinə böyük şücaətlər göstərdilər. Belə oğullardan biri də qardaş qazax xalqının təmsilçisi Erbol Barımbetov idi. O, l Qarabağ müharibəsi başlayanda Qazaxıstandan gəlib Azərbaycan torpaqlarının müdafiəsində dayandı və 1994-cü il aprelin 20-də Tərtər istiqamətindəki döyüşlərdə şəhid oldu. Azərbaycan xalqı bu qəhrəman oğulun xatirəsini daim uca tutacaq, xidmətlərini heç vaxt unutmayacaq. Missiya.Az xəbər verir ki, Türk Ağsaqqalları İctimai Birliyi - TAİB də Erbol Barımbetovun xarirəsini əbədiləşdirmək və onu Azərbaycan ictimaiyyətinə tanıtmaq məqsədilə bir sıra tədbirlər planlaşdırır. TAİB İdarə Heyətinin üzvləri - sədr müavini Eyvaz Hünbətov, Nizam-İntizam Komissiyasının sədri Nüsrət Paşayev, İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB üzvü Yusif Əlizadə bu gün Şəhidlər Xiyabanında Erbol Barımbetovun məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq, məzar üzərinə tər güllər qoyublar. TAİB sədrinin müavini Eyvaz Hünbətov bildirib ki, Azərbaycanın torpaqlarının bütövlüyü Türk dünyasının bütövlüyüdür. Bu mübarizədə tökülən qanlar müqəddəsdir, bu mübarizədə canını fəda edən hər bir türk xalqının igid oğlu başımızın tacıdır. Məhz türk xalqlarının qəhrəman övladlarını bütün türk dünyasına tanıtmaq TAİB-in ümdə vəzifələrindən biridir. Bizim ədalətli mübarizəmizə əsl türk oğlu kimi canı bahasına qoşulan Qazax xalqının mərd oğlu Erbol Barımbetovun da xatirəsini əbədiləşdimək məqsədilə ilə ictimai birlik olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Belə qəhrəmanları Azərbaycanın, eləcə də türk ölkələrinin gəncliyinə nümunə göstərmək lazımdır.Nurlana ƏhmədovaMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta