İsveç hökuməti Kiyevə hərbi dəstək üçün 2025 və 2026-cı illərdə hər birinə 25 milyard kron (2,25 milyard dollar) ayırmaq qərarına gəlib. Krallığın müdafiə naziri Pol Conson ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra mətbuat konfransında bildirib ki, bundan əlavə, Nazirlər Kabineti Ukrayna hərbi sənaye kompleksinə uzaqmənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün vəsait ayırmağa hazırdır."Onlar Ukraynada Ukraynanın müdafiə sənayesi tərəfindən istehsal olunacaq, lakin İsveç tərəfindən maliyyələşdiriləcək", - deyə isveçli siyasətçi əlavə edib.Conson bildirib ki, yeni paketin təfərrüatları yanvar ayında açıqlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta