Qazax. Trend:
Gələn il Qazaxın azad edilən dörd kəndində sərhəd zastavalarıtikiləcək.
Bunu Trend-ə açıqlamasında"Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanıDövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı,general-leytenant Araz Məmmədov deyib.
"Biz bu zastavanı burada müvəqqəti qurmuşuq. Gələn il Xeyrimli,Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı kəndlərinin inşası,tikintisi başlanacaq.
Ondan sonra biz zastavalarımızı tikməyə başlayacağıq", - o qeydedib.