"Real" qış transfer pəncərəsində "Mançester Yunayted"də çıxış edən braziliyalı yarımmüdafiəçi Kazemironu geri qaytarmaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Trivela" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubu Kazemironu gənc yarımmüdafiəçilərinin inkişafına kömək edə biləcək oyunçu kimi görür. Bundan əlavə, o, həm də son zədələri səbəbindən yarımmüdafiə və müdafiə sistemindəki problemlərin həllinə kömək edə bilər.
Cari mövsümdə Kazemiro bütün yarışlarda "Yunayted" forması ilə 16 matçda iştirak edib və 3 qol vurub. Futbolçunun MY ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.