AZ

Orban: "Münaqişənin ən qaranlıq saatı gəlib çatdı, amma..."

"Hazırda dünya Ukraynadakı münaqişəyə görə özünün ən narahat dövrünü yaşayır, lakin ABŞ-ın Respublikaçılar Partiyasından seçilmiş prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimi ilə əlaqədar onun həllinə ümid qalır".

HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

2Sübhdən əvvəl həmişə qaranlıq olur", deyə hökumət başçısı bildirib.

O xatırladıb ki, Tramp Ukraynada sülh yolu ilə həll yolu axtarmağa hazır olduğunu deyib: 

"ABŞ Ukraynanı tərk edərsə, Avropa ölkələri təkbaşına ona dəstək verə bilməyəcəklər".

Onun fikrincə, ABŞ-ın siyasətində gözlənilən dəyişiklik Avropanın Ukrayna münaqişəsinə yanaşmasına təsir edəcək. Nümunə kimi Macarıstanın baş naziri Almaniyada Ukraynaya raket silahı tədarükünün mümkünlüyü ilə bağlı davam edən müzakirələri göstərib.

"Almaniyanın Ukraynaya "Taurus" raketlərini tədarük edib-etməməsi məsələsi əsasən ABŞ-dakı vəziyyətdən asılıdır", deyə baş nazir əlavə edib.

Orban həmçinin bildirib ki, Qərb Rusiya prezidenti Vladimir Putinin Rusiyanın ən son "Oreşnik" raketinin sınaqdan keçirilməsi ilə bağlı bəyanatını ciddi qəbul etməlidir.

Samir
 

Seçilən
14
50
hit.az

10Mənbələr