"Zirə"nin kapitanı Qismət Alıyevin durumuna aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, müdafiəçi zədəsini tam olaraq sağaldıb.
Premyer Liqanın 13-cü turunun "Qarabağ"la (4:0) görüşündə topuğundan zədələnən və ilk hissədə əvəzlənən Alıyev müalicə olunub.
O, hətta komandasının iki məşqində də iştirak edib. Qəsəbə təmsilçisinin kapitanı şans veriləcəyi təqdirdə, Premyer Liqanın 14-cü turunun "Neftçi" ilə görüşündə də meydana çıxa biləcək.
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı noyabrın 23-də keçiriləcək və bu görüşə 19:00-da start veriləcək.
"Qarabağ"da şok ayrılıq - Juninyo komandanı tərk edir?
Kamal Umudlu yeni təyinat alıb
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Kəpəz” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
"Kəpəz"in futbolçusu əməliyyat olunub