AZ

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

 

Noyabrın 25-dən "Azərbaycan Dəmir Yolları" QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

Missiya.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:• Bakıdan saat 08:10, 17:50 və 19:05,• Sumqayıtdan saat 07:20,• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Seçilən
7
23
missiya.az

10Mənbələr