AZ

COP for Hope: COP29 iqlim diplomatiyasında irəliləyişə çevrilir — “GLOBE”un baş icraçı direktoru (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz “GLOBE” Təşkilatının başdirektoru Malini Mehradır.

Malini Mehra COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində BMT-nin iqlimprosesi çərçivəsində dünya qanunvericilərinin əsas rolunuvurğulayıb və bu tədbiri parlament üzvləri və onların seçiciləriüçün diqqət mərkəzi adlandırıb.

"İl ərzində biz parlament üzvlərinin COP prosesini, iqlimdəyişikliyinin əhəmiyyətini və bu prosesdə necə iştirak edəbiləcəkləri barədə məlumatlılığı artırmaq üçün MonqolustandanMalaviyə qədər bütün dünyada maarifləndirmə işləri aparırıq.

COP-dakı əsas mesajımız budur ki, konfransların nəticə verməsinitəmin edən məhz parlamentlərdir. Burada gördüyünüz insanlaricraedici hakimiyyətin nümayəndələridir. Amma daha iki hakimiyyətqolu var — qanunvericilik və məhkəmə. Parlamentlərin rolu olduqcavacibdir, çünki onlar üç əsas funksiyanı yerinə yetirirlər. Birinci— bu razılaşmalardan irəli gələn hüquqi çərçivələrinyaradılmasıdır", — deyə o qeyd edib.

M.Mehra qeyd edib ki, ikincisi, parlamentarilər nəzarətin həyatakeçirilməsində əsas rol oynayırlar.

"Onlar beynəlxalq konfranslar çərçivəsində üzərlərinə götürülənöhdəliklərin yerinə yetirilməsinə cavabdeh olan hökumətlərin işinənəzarət edirlər. Üçüncü və ən vacib funksiya isə maliyyə iləbağlıdır. COP29 maliyyə COP-udur. Parlamentlər büdcələri idarə edirvə təsdiqləyirlər. Burada onların rolunun ən vacib tərəfi üzə çıxır— vəsaitlərin istifadəsinə nəzarət. Bu, donor ölkələrin dövlətpullarının — yəni vergi ödəyicilərinin vəsaitlərinin — alıcıölkələrdə necə istifadə olunduğunu effektiv şəkildə izləməsi üçünvacibdir. Əsas məsələ bu vəsaitlərin, həqiqətən, nəzərdə tutulduğuşəxslərə fayda verməsidir.

Bundan əlavə, əgər siz iqlim maliyyələşməsi, yardım və yainvestisiya alan bir ölkənin parlament üzvüsünüzsə, sizin əsasməsuliyyətiniz bu vəsaitlərin məqsədyönlü istifadəsiniizləməkdir.

Nəhayət, parlamentlərin hökumətlərinə konkret fəaliyyətlərinrazılaşdırılması üçün mandat vermələri kritik əhəmiyyət kəsb edir.Məhz bu məsələdə ən böyük çətinliklər ortaya çıxır. Bütünhökumətlər konfransa konkret hədəflərə nail olmaq üçün parlamentmandatı ilə gəlmir. Bu, qərar qəbul etmə prosesini əhəmiyyətlidərəcədə çətinləşdirir, çünki onlar öz ölkələrinə qayıtdıqdan sonramövqelərini müdafiə etmək məcburiyyətində qalırlar. Buna görə dəparlamentlərin bu prosesdə rolu əvəzedilməzdir", — deyə ovurğulayıb.

“GLOBE”un baş direktoru COP29-un təşkilati səviyyəsini yüksəkqiymətləndirib.

"Məncə, uğur göstəricisini iki aspektdə ayırmaq vacibdir: evsahibi ölkənin uğur göstəricisi və danışıqların özünün uğurgöstəricisi. Əgər mənim meyarlarımla qiymətləndirsək, Azərbaycanqürur duymaq üçün bütün əsaslara malikdir. O, danışıqlaraparıcılarına işlərini rahat və qarşılıqlı hörmət çərçivəsindəhəyata keçirmək və iştirakçılar arasında təcrübə mübadiləsi üçünmükəmməl şərait yaradan peşəkar COP təşkil etməklə əlamətdar birnailiyyətə imza atdı. Logistika və peşəkarlıq baxımından bu,müstəsna bir uğur kimi qiymətləndirilə bilər.

Lakin danışıqlar prosesi çox daha mürəkkəbdir. Konfransınsədrinin öz prioritetləri var, lakin onların həyata keçirilməsiyalnız ondan asılı deyil. Bu zaman bütün tərəflərin əməkdaşlığı vəqarşılıqlı fəaliyyəti əsas rol oynayır. Buna nail olmaq asan deyil,lakin hamını qane edən hədəfə çatmasaq belə, COP29 yenə dəirəliləyiş kimi qiymətləndiriləcək", — deyə M.Mehra qeyd edib.

M.Mehra, həmçinin, COP28, COP29 və COP30 sədrliklərinibirləşdirən "Troyka" təşəbbüsünün əhəmiyyətini xüsusi vurğulayıb vəonu dahi bir addım adlandırıb.

"Əvvəllər hər COP konfransında sədrliyin növbəti ölkəyəqeyri-formal şəkildə ötürülməsi prosesi mövcud idi. Bu prosesikitərəfli xarakter daşıyırdı. Lakin "Troyka" təşəbbüsünün rəsmişəkildə formalaşdırılması gündəliklərin birləşdirilməsi baxımındanəhəmiyyətli addım oldu. İndi Dubay COP-u çərçivəsində qaldırılanəsas məsələlərin davamlılığını görürük, məsələn, metanemissiyalarının azaldılması, qalıq yanacaqdan kənara keçid, eləcədə, səhiyyə və kənd təsərrüfatı kimi mühüm mövzular üzərində işindavam etdirilməsi.

"Troyka" çərçivəsində sədrliyin strukturu bütün bu mövzularınkompleks şəkildə həllini təmin edir. Bu, çoxsəviyyəli vəçoxsektorlu yanaşmaları əhatə edən son dərəcə vacib təşəbbüsdür ki,bu da bütün tərəflərin prosesə cəlb olunmasına kömək edir. Bundanəlavə, belə bir struktur diplomatik prosesə əhəmiyyətli dəstəkverir. Təkcə bir ölkənin üzərinə məsuliyyətin düşməsi əvəzinə, üçölkə birlikdə işləyərək, həm planet, həm də ən həssas təbəqələrüçün uğurlu nəticəni təmin etməyə çalışır", — deyə M.Mehravurğulayıb.

Sonda M.Mehra iqlim böhranı ilə mübarizədə parlamentlərin əsasrolunu vurğulayıb.

“GLOBE” bu prosesdə öz iştirakını ən əvvəldən — 1991-ci ildən,Rio Yer Sammitindən əvvəlki dövrdən etibarən davam etdirir. Biziqlim konvensiyasının yaranmasının və inkişafının şahidi olmuşuq.Lakin qanunvericilər bu məsələyə hər zaman lazımi diqqətyetirməyiblər. İndi isə aktiv tədbirlər görməyin vaxtıdır.

Gələn həftə iclasda olan parlamentlər dinləmələr təşkiletməlidirlər. Onlar nümayəndə heyətlərinin rəhbərlərini və müvafiqnazirləri konfransda əldə etdikləri nəticələr barədə hesabatverməyə dəvət etməlidirlər. Bu, parlament nəzarəti prosesində ilkaddım olacaq.

Bundan sonra parlamentlər gələn il Milli Səviyyədə MüəyyənEdilmiş Töhfələrin (NDC) 3.0 versiyasının hazırlanması və həyatakeçirilməsində mühüm rol oynayacaqlar. Bu planlar iqtisadiyyatınbütün sahələrini — istər əczaçılıq, istərsə də qalıq yanacaqsektorlarını əhatə etməlidir.

Parlamentlər gələn il üçün iddialı iqlim strategiyalarınınqiymətləndirilməsi, yenidən nəzərdən keçirilməsi və hazırlanmasındaaktiv iştirak etməli və dayanıqlı gələcəyə keçidi təminetməlidirlər", — deyə M.Mehra vurğulayıb.

X: @Lyaman_Zeyn

COP
COP
Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr