Hindistanın Bihar əyalətində dəhşətli hadisə baş verib.
İndex.az xəbər verir ki, Fantuş Kumarın ailəsi meyit meyitxanadan gətirilən zaman onun sol gözünün olmadığını və xərəkdə cəsədin yanında cərrahi bıçaq olduğunu görüb, gözün oğurlanması şübhəsi ilə polisə müraciət etdiklərini bildirib.
Ailə xəstəxana işçilərini səhlənkarlıqda və pis niyyətdə ittiham edib. Xəstəxananın həkimləri ailənin ittihamlarını rədd edib və yarılmadan əvvəl gözün siçanlar tərəfindən dişlənə biləcəyini iddia ediblər. Lakin bu izahat ailəni və ictimaiyyəti razı sala bilməyib.
Hadisə rezonans doğurduqdan sonra xəstəxana rəhbərliyi məsələni araşdırmaq üçün istintaq qrupu yaradıb. İstintaq çərçivəsində təhlükəsizlik kamerası görüntülərinin araşdırılacağı və yarılma əməliyyatını həyata keçirən həkimlərin ifadələrinin alınacağı bildirilib.
Hindistan mətbuatı hadisəyə geniş yer versə də, xəstəxana təhlükəsizliyi və səhlənkarlığı ilə bağlı cəmiyyətdə böyük reaksiya olub. Hadisənin işıqlandırılması və günahkarların cəzalandırılması üçün səlahiyyətli şəxslərə müraciət edilib.