AZ

COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır - Spiker

Bakı. Trend:

COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətinbu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.

Trend xəbər verir ki, MilliMəclisin sədri Sahibə Qafarova MDB-yə üzv dövlətlərinParlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxışındadeyib.

O xatırladıb ki, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən80-dən çox prezident, vitse-prezident və digər şəxslərin iştirakıilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının Bakıda keçirilən 29-cu sessiyası başa çatmaqüzrədir:

"Yekdilliklə ev sahibi ölkə kimi seçilən Azərbaycan iqlimdəyişikliyi ilə mübarizədə ümumi yanaşmalara nail olmaq üçün bütünsəylərini göstərib. COP29 çərçivəsində əldə olunan uğurlarbeynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağınaümid yaradır".

Parlamentlərin də bu prosesə öz töhfələrini verdiyini söyləyənSahibə Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaqın vəMilli Məclisin birgə təşkilatçılığı ilə parlamentlərin və digərbeynəlxalq strukturların 90-dan çox nümayəndə heyətinin iştirakıilə Parlament İclasının keçirildiyini xatırladıb. Milli Məclisinsədri məlumat verib ki, iki gün davam edən görüş və yekun sənədiqlim dəyişikliyi ilə mübarizədə bizim ümumi mövqelərimizin ifadəsiidi.

Seçilən
10
2
az.trend.az

3Mənbələr