Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında geyim istehsalı artıb. Belə ki, 10 ayda ölkədə 108,2 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə geyim istehsalında 3,9% artım müşahidə olunub.
Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 376,3 milyon manat dəyərində məhsul istehsal edilib.