AZ

Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Goranboyda dəhşət

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.

Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimov, qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Rasim qızı Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
22
musavat.com

10Mənbələr