AZ

Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi müəyyənləşdi

Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub.

Teleqraf.com xəbər verir ki, "ay-ulduzlular" A/B Liqası pley-offunda Macarıstanla üz-üzə gələcək.

Bundan əlavə, Ukrayna Belçika, Avstriya Serbiya, Yunanıstan isə Şotlandiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olmuşdu.


Müəllif: Teleqraf.com
Seçilən
17
15
teleqraf.com

10Mənbələr