AZ

Putin Kim Çenə 70-dən çox heyvan göndərib: Şir, qonur ayı, tutuquşu...

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Rusiya lideri Putin Şimali Koreya lideri Kim Çen Ina yeni hədiyyə göndərib.

Sitat.info xəbər verir ki, Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov 70-dən çox heyvanın olduğu hədiyyəni yük təyyarəsi ilə Pxenyana gətirib.

Heyvanlar arasında bir şir, iki qrizli ayı, iki yak, beş kakadu, bir neçə qırqovul və mandarin ördəyi var idi. Nazir Kozlov paytaxt Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla da görüşüb.

Xatırladaq ki, bu ilk deyil. Putin 2024-cü ilin əvvəlində Şimali Koreyanın ölkəsinə verdiyi hərbi sursat müqabilində Şimali Koreya lideri Kimə 24 damazlıq at hədiyyə edib.

Kim oktyabrın 7-də 72 yaşını qeyd edən Putinə də mesaj göndərib. “Ən yaxın yoldaşım” deyərək Putini ad günü münasibətilə təbrik edən Kim, Rusiya-Şimali Koreya münasibətlərinin yeni səviyyəyə çatacağını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb. Putin “müttəfiqlik” sözünü işlətməkdən yayınaraq, razılaşmanın tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım göstərəcəyini vəd etdiyini bildirib.

Şimali Koreya lideri Kim Çen In razılaşmanı “pakt” kimi qiymətləndirib və münasibətlərin “yüksək müttəfiqlik” səviyyəsinə yüksəldiyini vurğulayıb.

Tehran,

Sitat.info

Seçilən
4
4
sitat.info

5Mənbələr