AZ

Bakı-Sumqayıt qatarının istifadəçilərinə XOŞ XƏBƏR

Noyabrın 25-dən "Azərbaycan Dəmir Yolları" QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.   Manset.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:
• Bakıdan saat 08:10, 17:50 və 19:05,
• Sumqayıtdan saat 07:20,
• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Seçilən
19
23
manset.az

10Mənbələr