Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/25 mövsümünün 1/4 final, yarımfinal və pley-off mərhələlərinin püşkü atılıb.
Arena.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil qərargahında baş tutub.
Əsas mükafat uğrunda mübarizə aparan A Liqasının 8 ən güclüsü dörd cüt təşkil edib. Bu cütlər yarımfinaldakı mümkün rəqiblərini də tanıyıblar.
1/4 finalda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub. İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə qarşılaşacaq. Danimarka – Portuqaliya matçının qalibi isə Niderland – İspaniya görüşünün güclüsü ilə görüşəcək.
A və B Liqalarının hərəsinə 4, C Liqasına 2 vəsiqə uğrunda matçların da iştirakçıları bəlli olub. 1/4 final, həmçinin A və B Liqalarında oynamaq üçün pley-off görüşləri 2025-ci il martın 20-də və 23-də baş tutacaq. Türkiyə millisi A Liqasında oynamaq üçün Macarıstana qalib gəlməli olacaq.
UEFA Millətlər Liqasında yarımfinal mərhələsi iyunun 4-5-də, üçüncülük oyunu və final matçı isə ayın 8-də keçiriləcək. C Liqasına vəsiqələr isə 2026-cı ilin martın 26-da və 31-də keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq.
UEFA Millətlər Liqası
1/4 final
1. Niderland – İspaniya
2. Xorvatiya – Fransa
3. Danimarka – Portuqaliya
4. İtaliya – Almaniya
Yarımfinal
4-cü cütün qalibi – 1-ci cütün qalibi
3-cü cütün qalibi – 2-ci cütün qalibi
A/B pley-offu
Türkiyə – Macarıstan
Ukrayna – Belçika
Avstriya – Serbiya
Yunanıstan – Şotlandiya
B/C pley-offu
Kosovo – İslandiya
Bolqarıstan – İrlandiya
Ermənistan – Gürcüstan
Slovakiya – Sloveniya
C/D pley-offu
Cəbəllütariq – Latviya
Malta – Lüksemburq