AZ

Kılıçdaroğlunun məhkəməsində izdiham - FOTOLAR

Bu gün Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun məhkəməsi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçini məhkəmə qarşısında böyük izdiham qarşılayıb.

Onun tərəfdarları səhər saatlarından məhkəmə binasına axın ediblər. 

Kılıçdaroğlu izdihamın arasında məhkəməyə daxil olmaqda çətinlik çəkib. 

Kılıçdaroğlu "Haqq, Hüquq, Ədalət" şüarları ilə məhkəməyə gedib. 

CHP lideri Özgür Özəl və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da Kılıçdaroğluna dəstək üçün yanında olublar. Həmçinin, Məmləkət Partiyasının sədri Mühərrəm İncə də sabiq CHP liderinə dəstək üçün məhkəməyə gəlib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlunun siyasi qadağa cəzası və 11 il 8 aya qədər həbsi tələb olunur. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr