AZ

Orban Netanyahunu Macarıstana dəvət edəcək

Macarıstanın Baş naziri Viktor Orban Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarına baxmayaraq, Netanyahunu ölkəsinə dəvət edəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Orban Macarıstan Dövlət Radiosuna cari məsələlərlə bağlı açıqlamalar verib.

Dünən BCM-nin İsrailin Baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarına toxunan Orban məhkəmənin qərarını “odun üstünə benzin tökmək” kimi şərh edib.

BCM-nin qərarı ilə üzləşməyin zəruri olduğunu iddia edən Orban, "Bu səbəbdən İsrailin Baş naziri Netanyahunu bu gün Macarıstana dəvət edəcəyəm. Əgər o gəlsə, BCM-nin qərarının burada heç bir təsiri olmayacağına və ehtiva etdiyi şərtlərə əməl etməyəcəyimizə zəmanət verəcəm” deyib.

Burada yalnız Macarıstan-İsrail ikitərəfli əlaqələrinin müzakirə ediləcəyini qeyd edən Orban Netanyahunun güvənli danışıqlar apara biləcəyini bəyan edib.

Qeyd edək ki, BCM dünən Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Netanyahu və Qallantın həbsinə order verildiyini açıqlayıb.

Seçilən
21
27
cebheinfo.az

10Mənbələr