Avropada ilin ən yaxşı milli komandaları bəlli olub.
İdman.biz xəbər verir ki, FİFA və UEFA bayrağı altında yarışlarda iştirak edən 54 yığmanın 2024-cü il ərzində keçirdiyi bütün oyunlar nəzərə alınıb.
Keçirdiyi 10 matçda 2 qələbə və 2 heç-heçəsi olan Azərbaycan millisi 6 məğlubiyyət alıb. Qələbəyə görə 3 xal prinsipi ilə hesabladıqda, yığmamızın qazancı 8 xala bərabər olub. Bu, orta hesabla hər qarşılaşmada 0,80 xal deməkdir.
Azərbaycan millisi bu göstərici ilə Avropanın 54 yığması arasında 44-46-cı yerləri bölüşür. Komandamız Belarus və San Marino ilə eyni nəticəyə malikdir.
Arif Əsədovla başladığımız, Fernandu Santuşla davam etdiyimiz 2024-cü ildə yalnız 8 komandanı qabaqlamaq mümkün olub. Bunlar İsrail, Lixtenşteyn, Estoniya, Lüksemburq, Andorra, Finlandiya, Bosniya və Herseqovina və Qazaxıstandır. Yeri gəlmişkən, yalnız sonuncu iki yığma bu il qələbəyə həsrət qalıb.
İlin ən yaxşısı isə İspaniyadır. Almaniya ikinci, Yunanıstan üçüncüdür. Hər üç komanda orta hesabla hər görüşdə 2,00-dən də artıq xala sevinib. Düzdür, Rusiya keçirdiyi bütün matçları qələbə ilə başa vurub. Amma şimal qonşularımız FİFA və UEFA bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıldıqları üçün “54-lüy”ə daxil edilməyib.
Qeyd edək ki, Azərbaycan yığmasının 10 oyunundan 6-sı Millətlər Liqası, 4-ü FİFA seriyası da daxil olmaqla yoldaşlıq görüşləri çərçivəsində olub. Hər iki qələbə də bu matçlara təsadüf edib. Komandamız Monqolustanı 1:0, Qazaxıstanı 3:2 hesabı ilə üstələyib. Bolqarıstan (1:1) və Estoniya (0:0) ilə ev görüşləri də uduzulmayan matçlardır.
1 | İspaniya | 17 | 14 | 2 | 1 | 41-13 | 44 | 2,59 |
2 | Almaniya | 15 | 10 | 4 | 1 | 35-10 | 34 | 2,27 |
3 | Yunanıstan | 10 | 7 | 1 | 2 | 19-6 | 22 | 2,20 |
4-5 | Moldova | 10 | 6 | 2 | 2 | 15-9 | 20 | 2,00 |
İsveç | 11 | 7 | 1 | 3 | 25-15 | 22 | 2,00 | |
6 | Portuqaliya | 16 | 9 | 4 | 3 | 31-16 | 31 | 1,94 |
7-8 | Avstriya | 14 | 8 | 3 | 3 | 32-14 | 27 | 1,93 |
İtaliya | 14 | 8 | 3 | 3 | 21-14 | 27 | 1,93 | |
9 | Çexiya | 13 | 7 | 3 | 3 | 25-17 | 24 | 1,85 |
10 | İngiltərə | 17 | 9 | 4 | 4 | 29-13 | 31 | 1,82 |
11 | Fransa | 16 | 8 | 5 | 3 | 22-13 | 29 | 1,81 |
12 | Ş.İrlandiya | 10 | 5 | 3 | 2 | 16-9 | 18 | 1,80 |
13 | Rumıniya | 14 | 7 | 4 | 3 | 25-13 | 25 | 1,79 |
14 | Niderland | 16 | 8 | 4 | 4 | 36-16 | 28 | 1,75 |
15 | Slovakiya | 14 | 7 | 3 | 4 | 23-13 | 24 | 1,71 |
16-18 | Uels | 10 | 4 | 5 | 1 | 13-9 | 17 | 1,70 |
Ş.Makedoniya | 10 | 5 | 2 | 3 | 12-8 | 17 | 1,70 | |
Norveç | 10 | 5 | 2 | 3 | 21-13 | 17 | 1,70 | |
19 | Kosovo | 9 | 5 | 0 | 4 | 11-12 | 15 | 1,67 |
20 | İslandiya | 12 | 6 | 1 | 5 | 19-20 | 19 | 1,58 |
21 | Ukrayna | 14 | 6 | 4 | 4 | 19-17 | 22 | 1,57 |
22 | Xorvatiya | 13 | 5 | 5 | 3 | 20-17 | 20 | 1,54 |
23 | Sloveniya | 15 | 5 | 8 | 2 | 17-15 | 23 | 1,53 |
24 | Bolqarıstan | 10 | 3 | 6 | 1 | 6-8 | 15 | 1,50 |
25 | Danimarka | 14 | 5 | 6 | 3 | 16-11 | 21 | 1,50 |
26 | Türkiyə | 15 | 6 | 3 | 6 | 19-23 | 21 | 1,40 |
27-28 | Macarıstan | 13 | 5 | 3 | 5 | 13-18 | 18 | 1,38 |
Gürcüstan | 13 | 5 | 3 | 5 | 17-15 | 18 | 1,38 | |
29 | Malta | 9 | 3 | 3 | 3 | 7-13 | 12 | 1,33 |
30 | İsveçrə | 15 | 4 | 7 | 4 | 20-19 | 19 | 1,27 |
31 | Polşa | 13 | 4 | 3 | 6 | 22-25 | 15 | 1,15 |
32 | Belçika | 14 | 4 | 4 | 6 | 15-13 | 16 | 1,14 |
33 | Cəbəllütariq | 10 | 2 | 5 | 3 | 6-8 | 11 | 1,10 |
34-35 | Serbiya | 13 | 3 | 5 | 5 | 9-14 | 14 | 1,08 |
Albaniya | 13 | 4 | 2 | 7 | 13-16 | 14 | 1,08 | |
36-39 | İrlandiya | 10 | 3 | 1 | 6 | 5-17 | 10 | 1,00 |
Kipr | 10 | 3 | 1 | 6 | 11-21 | 10 | 1,00 | |
Litva | 10 | 3 | 1 | 6 | 9-12 | 10 | 1,00 | |
Ermənistan | 10 | 3 | 1 | 6 | 12-15 | 10 | 1,00 | |
40 | Şotlandiya | 13 | 3 | 3 | 7 | 13-22 | 12 | 0,92 |
41-43 | Latviya | 10 | 2 | 3 | 5 | 7-15 | 9 | 0,90 |
Farer a. | 10 | 2 | 3 | 5 | 10-13 | 9 | 0,90 | |
Monteneqro | 10 | 3 | 0 | 7 | 8-14 | 9 | 0,90 | |
44-46 | Belarus | 10 | 1 | 5 | 4 | 3-14 | 8 | 0,80 |
Azərbaycan | 10 | 2 | 2 | 6 | 9-23 | 8 | 0,80 | |
San Marino | 10 | 2 | 2 | 6 | 7-17 | 8 | 0,80 | |
47 | İsrail | 9 | 2 | 1 | 6 | 10-20 | 7 | 0,78 |
48 | Lixtenşteyn | 10 | 1 | 4 | 5 | 5-16 | 7 | 0,70 |
49 | Estoniya | 12 | 2 | 2 | 8 | 11-24 | 8 | 0,67 |
50 | Lüksemburq | 10 | 1 | 3 | 6 | 5-16 | 6 | 0,60 |
51 | Andorra | 10 | 1 | 2 | 7 | 3-14 | 5 | 0,50 |
52 | Finlandiya | 10 | 1 | 1 | 8 | 9-24 | 4 | 0,40 |
53 | Bosniya H. | 9 | 0 | 2 | 7 | 5-23 | 2 | 0,22 |
54 | Qazaxıstan | 10 | 0 | 1 | 9 | 4-27 | 1 | 0,10 |
- | Rusiya | 5 | 5 | 0 | 0 | 26-0 | 15 | 3.00 |
Vüqar Xeyrullayev
İdman.biz