AZ

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb

Bakı. Trend:

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cüildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazibütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazdadayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçünəlverişli şərait, eyni zamanda, daha geniş coğrafiyada yeniəməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlaryaratmışdır.

Trend xəbər verir ki, busözlər Azərbaycan Prezidenti İlham Əliyevin Asiya SiyasiPartiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasınıniştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

Dövlətimizin başçısının məktubunda bildirilib ki, konstruktivsülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətlitəklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxışedərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma vəprinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

“Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosialinfrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə vəciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətrafmühitə də onilliklər boyu davam edən böyük zərər yetirir”, - deyəAzərbaycan Prezidentinin məktubunda vurğulanıb.

Seçilən
14
39
az.trend.az

10Mənbələr