AZ

Türkiyənin "Kainat gözəli" təmsilçisindən etiraf: "Şəkillərdə proqram müdaxiləsi var idi"

Türkiyəni "Kainat gözəli" ("Miss Universe") müsabiqəsində təmsil edən 20 yaşlı Ayliz Duman seçim prosesindən danışıb.
 
Bu barədə Oxu.Az "CNN Türk"ə istinadən xəbər verir.
 
Məlumata görə, həm ingilis, həm də alman dillərini bilən və universitetə ​​hazırlaşan Ayliz Duman "Instagram" hesabında izləyicilərinin suallarını cavablandırıb.
 
"Bir çox iştirakçının haqlarının tapdalandığını düşünürəm", - deyə o bildirib.
 
Ayliz Duman iştirak edən qızların performansına, nizam-intizamına şəxsən şahid olduğunu vurğulayıb.
 
"Artıq gözəllik müsabiqələri üz gözəlliyi və ya bədən quruluşu ilə məhdudlaşmır. Bir ölkəni təmsil etmək hər şeydən əvvəl cəsarət və xarakter tələb edir. Cəsarətli, güclü, nizam-intizamlı və özünə güvənən iştirakçılar axtarırlar. Ancaq nəticələr, təəssüf ki, bu dəyərləri əks etdirmədi. Ümid edirəm ki, gələcəkdə ədalət və həqiqət ön planda olar", - deyə o əlavə edib.
 
Müsabiqə mühitindən danışan modelin sözlərinə görə, bəzi qızlar çox soyuq davranış nümayiş etdiriblər.
 
"İştirakçıların çoxu istiqanlı idi və çox dəstək göstərirdi. Lakin bəzi adlar (ilk 12-lik) məsafəli və soyuq münasibətləri ilə inanılmaz dərəcədə diqqət çəkdilər. Bununla yanaşı, məncə, bəzi iştirakçılara qarşı qərəzli münasibət hiss olunurdu", - deyə Ayliz Duman qeyd edib.
 
O, həmçinin 1-ci yeri qazanan danimarkalı iştirakçı barədə tənqidi fikir səsləndirməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib.
 
"Birinci yerin qalibi haqqında heç bir pis fikir bildirməmişəm. Yarış zamanı özünü pis hiss etdiyi zaman hətta yanına gedib necə olduğunu soruşdum. Ancaq mənə elə də əhəmiyyət vermədi. Mən bundan danışmışam sadəcə. Fiziki cəhətdən həqiqətən çox gözəl olduğunu düşünürəm və bunu da dilə gətirdim. Ancaq şəkillərdə bir az proqram müdaxiləsi olduğunu söylədim, bunu qaralamaq üçün deməmişdim, sadəcə müşahidələrimdən danışmışdım. Sadəcə videolarda gördüyümüz qədər səmimi enerji almadım, o qədər. Münsiflər heyəti onu birinci seçdi, amma mənim öz fikrim fərqli idi. Hər kəsin qiymətləndirməsi və qavrayışı fərqli ola bilər", - deyə Ayliz Duman bildirib.
Seçilən
6
moderator.az

1Mənbələr