AZ

Məşhur aktrisa: Məndən hər şeyi ala bilərsiniz, amma...

Haluk Bilginerlə "Mariya" filmindəki performansı ilə adından söz etdirən və 6 uşaq anası olan Ancelina Coli analıq haqqında açıqlaması ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, "Good Morning America" verilişində 49 yaşlı aktrisaya "Həyatınızda Marianın mahnı oxumağa olan sevgisinə bənzəyən nəsə varmı?" sualı verildi. Coli "analıq" cavabını verib:

"Bu mənim xoşbəxtlik mənbəyimdir. Məndən hər şeyi ala bilərsiniz. Başqa heç nə önəmli deyil" deyib.

Coliə daha əvvəl övladlarının aktyorluq etmək istəyib-istəmədiyini soruşduqda aktrisa "Xeyr, istəmirlər. Çox utancaqdırlar. Şəxsi həyatlarına böyük əhəmiyyət verirlər" deyə cavab verib.

Xatırladaq ki, Colinin Bred Pittlə evliliyindən Şilo, Noks və Vivyen adlı üç övladı var. Aktrisa böyük övladı Maddoksu Kambocadan övladlığa götürüb. Aktrisanın qızı Zahara efiopiyalı, Pax isə vyetnamlıdır.

Günel Məlikzadə


Seçilən
13
news24.az

1Mənbələr