AZ

Naxçıvan Daxili İşlər Nazirliyi büdcədənkənar vəsait hesabına tibbi avadanlıq alır - Məbləğ

 Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub. 

Valyuta.az xəbər verir ki, tender büdcədənkənar vəsait hesabına tibbi və qeyri tibbi avadanlıqların alınması ilə bağlı idi. Tenderin qalibi "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 663 min 823 manatdır. 

Əvəz Həsənov

Seçilən
20
valyuta.az

1Mənbələr