AZ

Zaxarova Estoniyaya səfirliklərini saxlamaq üçün NATO-dan pul istəməyi təklif edib

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, respublikanın hakimiyyət orqanları pula qənaət etmək üçün dünya üzrə 38 səfirlikdən 13-nü bağlamalı olacaq.Missiya.Az xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 22-də maliyyə yardımı üçün NATO ölkələrinə müraciət edə biləcəklərini deyib.Diplomat xatırladıb ki, onun estoniyalı həmkarı Tsahkna ölkənin səfirliklərinin sayının azaldılmasının qəti əleyhinədir. Çünki belə olan halda büdcəyə qənaət etmək yox, ölkənin bu halda görəcəyi böyük imic itkiləri barədə düşünmək daha vacibdir.O əlavə edib ki, vəziyyətin absurdluğu ondan ibarətdir ki, Estoniyanın Kiyev rejiminə “Avropa dəyərlərini” qorumaq üçün kömək etmək imkanı var, lakin onun səfirliklərinin saxlanması üçün pul yoxdur.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr