AZ

NATO Ukrayna ilə bağlı təcili toplanır

Rusiyanın qitələrarası ballistik raketdən istifadə etdiyi hücumdan sonra NATO ölkələri ukraynalı deputatların iştirakı ilə iclas keçirəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün tarixi və yeri müəyyənləşib. Bu arada Rusiya cəbhədə irəliləyiş əldə etdiyini açıqlayıb.

Ukrayna ABŞ və Böyük Britaniya istehsalı olan ATACMS və “Storm Shadow” raketləri ilə Rusiyanı vurduqdan sonra Rusiya Ukraynanın Dnepr şəhərinə qitələrarası ballistik raketlə hücum edib. ABŞ Müdafiə Nazirliyi bu hücumdan əvvəl Rusiyadan məlumat aldıqlarını bildirib.

Bu hücumdan sonra NATO alyansı təcili toplantı keçirəcək. Brüsseldəki görüş gələn həftənin çərşənbə axşamı baş tutacaq. 

İclasda müzakirə olunacaq məsələlər barədə məlumat verilməyib. Ukraynadakı müharibənin gələcəyi və Ukrayna ordusuna hərbi sursatların verilməsinin müzakirə olunacağı gözlənilir.

Rusiyanın müdafiə naziri Andrey Belousov Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqində irəliləyişini sürətləndirdiyini və bu bölgədə Ukrayna ordusunun ən yaxşı hissələrini zərərsizləşdirdiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir. Son iki ayda onların irəliləyişində, xüsusən də Xarkov vilayətinin şimal-şərqində yerləşən logistik baxımdan əhəmiyyətli olan Kupyansk şəhərinə doğru irəliləmələrində əhəmiyyətli sürətlənmə müşahidə olunub.

Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Rusiya qüvvələrinin 2022-ci ilin martından bəri ən sürətli irəliləyiş əldə etdiyi bildirilir.

Rusiya rəsmiləri bəyan ediblər ki, bu irəliləyiş təkcə hərbi uğur deyil, həm də Ukraynanın logistik və strateji imkanlarına ciddi zərbə vurub.

Aynurə



Seçilən
14
news24.az

1Mənbələr