Müəllif:Ayşən İmanova/Banco.az
Dünya Bankı Kiyev üçün 4,8 milyard dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi Denis Şmıqal “X” sosial şəbəkəsində yazıb.
“Ukrayna Dünya Bankının sülh layihəsi çərçivəsində 4,8 milyard dollar alacaq. Bu, münaqişə zamanı Ukraynanın kritik büdcə proqramlarının dəstəklənməsinə mühüm töhfədir. Biz bu yardımı maliyyələşdirən, ölkəmizə və xalqımıza həyati dəstək verən ABŞ-yə və inkişaf tərəfdaşlarına çox minnətdarıq”, - Şmıqal bildirib.