AZ

Revanşistlərin  türklərə nifrəti: ermənilər nə istəyir? - AÇIQLAMA

Ermənistanda Təbriz sakini etnik türk olduğuna görə döyülüb.

Məlumata görə, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini bir neçə dəfə belə halla qarşılaşıb. O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Göründüyü kimi, etnik türk olan şəxsin İran vətəndaşlığı olsa belə sırf etnik kimliyinə, türklüyünə görə İrəvanda təzyiq və təhdidlərə məruz qalıb. Ötən gün türkiyəli yutuber də İrəvanda milli kimliyinə görə sorğu-sual edildiyini, risk yaşadığını açıqlamışdı. 

Bəs bu mövzunun təhlükəlilik səviyyəsi nə qədərdir? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki,  Ermənistanda türk kimliyinə qarşı düşmənçilik uzun müddət davam edib və dövlət siyasəti olub: 

"Bir əsrdir ki, türklərə qarşı nifrət və düşmənçilik siyasəti davam edir. Vəziyyət o yerə çatıb ki, ermənilər Təbriz azərbaycanlısını - yəni, İran vətəndaşını belə döyüblər. Halbuki, İran azərbaycanlıları hər zaman Ermənistana gedib-gəliblər. Amma görünən odur ki, müəyyən revanşist qruplar məqsədyönlü şəkildə çalışırlar ki, etnik düşmənçiliyi gündəmdə saxlasınlar. Onlar türklərə, azərbaycanlılara qarşı düşmənçiliyin davam etməsini istəyirlər".

Məhəmməd Əsədullazadə: Baş verənlər təxribat cəhdidir

Siyasi şərhçi hesab edir ki, bu, təxribat cəhdidir və qəsdən törədilib: 

"Onlar göstərirlər ki, ermənilərin türklərə, o taylı-bu taylı azərbaycanlılara qarşı nifrət siyasəti davam edir. Məqsəd erməni cəmiyyətinin sülhə hazır olmadığını göstərməkdir. Təbii ki, Ermənistanda sülhə hazır olmayan revanşist qüvvələr var. O da məlumdur ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq saziş dövlətlərarası səviyyədə olacaq. İlkin mərhələdə xalqların birgəyaşayışı mümkün görünmür. Qeyd etmək istəyirəm ki, ermənilərin azərbaycanlılara qarşı etnik nifrəti davam edəcək".

Aydın Baxış

Seçilən
21
bakivaxti.az

1Mənbələr