AZ

"Rusiya-Ukrayna danışıqları Belarusda aparmalıdır" - Lukaşenko

Rusiya və Ukrayna danışıqları Belarusda aparmalıdır. 

Adalet.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Biz üç slavyan xalqıyıq. Heç bir amerikalı, heç bir avropalı - heç kim bizə yaxşı bir şey etməyəcək və kömək etməyəcək. Biz oturub razılaşmalıyıq. Biz Ukrayna ilə bağlı razılığa gələndə maraqlarımızın pozulmamasını istəyirik", - o deyib. 

Lukaşenkonun sözlərinə görə, o, ölkəsinin münaqişəyə cəlb olunmasını istəmir, lakin gərginlik artmaqda davam edir: "Heç bir halda bu işə qarışmamalısan. Rusiya ilə NATO arasında toqquşma  başlasa , bizim üçün də asan olmayacaq. Mən istəməzdim ki, müharibə bizim ərazimizdə olsun, burada kiminsə maraqları bizim hesabımıza həll olunsun". 

Seçilən
3
2
adalet.az

3Mənbələr