AZ

Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya Prezidenti Vladimir Putin "sülh trayektoriyası"na girmək və Ukraynadakı münaqişənin gərginliyini azaltmaq üçün istənilən təmaslara açıq olduğunu vurğulayıb".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Dünənki bəyanatında prezident həm gərginliyin azaldılması, həm eskalasiyanın artmasının qarşısının alınması, həm də "sülh trayektoriyası"na daxil olmaq üçün hər cür təmaslara hazır olduğunu vurğulayıb. Prezident təmaslara açıq olub, indi də açıqdır və bu mövzu bu günə qədər də aktualdır, bu barədə dövlət başçısı özü deyib", - deyə Peskov bildirib.
Seçilən
41
50
oxu.az

10Mənbələr