Rusiya prezidenti Vladimir Putin ölkənin yeni nüvə doktrinasını təsdiqləyib. Bunun imzalanmasından sonra NATO hərəkətə keçib.
News24.az xəbər verir ki, NATO-nun növbədənkənar iclasının keçiriləcəyi açıqlanıb. İclasda Ukraynanın da iştirak edəcəyi bildirilib.
Rusiya prezidenti Putin ölkəsinin raket hücumuna məruz qaldığı təqdirdə nüvə reaksiyasına imkan verən yenilənmiş doktrinanı təsdiqləyib.
Qeyd edək ki, yeni doktrina bir ölkə Rusiya ərazisinə başqa bir nüvə silahına malik ölkənin dəstəyi ilə hücum edərsə, Rusiyaya nüvə ilə cavab verməyə imkan verir.
Raketlərlə yanaşı, pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxildir.
Günel Məlikzadə