AZ

Hansı amillər mənzillərin qiymətini ucuzlaşdıracaq?

Bu gün Bakı və ətraf ərazilərdə tikilib satışa çıxarılan daşınmaz əmlakın qiyməti olduqca bahadır. 

Bu mənzillərin ilkin ödənişi üçün yüksək məbləğ tələb olunmaqla yanaşı aylara böldükdə heç də ucuz qiymətə başa gəlmir.

Reallıq odur ki, yalnız maaşla çalışan insanların heç biri bu mənzillərə yaxın düşə bilmir. Həmin mənzillərdən ev alanların əksəriyyəti isə məhz yenə də ev almağa imkanı çatan insanlardır. Bir qrup vətəndaşlar isə az maaşla ancaq kirayə haqqını ödəyərək, evsiz, kirayədə yaşayır. 

Əhalinin əksəriyyətinin evlə təmin olunması üçün isə real olaraq layihə ortaya qoyulmur. Bugünkü layihələr isə heç də bütün vətəndaşlar üçün əlverişli deyil. Bu da bir faktdır ki, hazırda yeni binalarla yanaşı köhnə binaların da qiyməti əlçatan deyil.

"Çünki çoxmənzilli yaşayış binalarında, istər fərdi həyət evlərində istifadə olunan tikinti materiallarının keyfiyyətinin təxmini bir qarant müddəti var.

O müddət bitəndən sonra artıq onun istismar müddəti bitir. Bu gün xüsusilə köhnə tikili binalarda da qiymət artıb, hansı ki, o binalardakı mənzillərin bir hissəsi artıq yaşayış üçün yararsızdır. Qəzalı olanlar, istismar müddətini bitirənlər var. 

Vətəndaş hər hansısa əmlak alırsa, əmlakla bağlı alıcıya tam məlumat verilməlidir və bu, alıcının hüququdur. Əgər bütün binalanın tikilmə tarixi, istismar müddətinin bitmə tarixi qeyd olunarsa, artıq yeni binalarda, istismar müddətinə yaxın və yaxud orta yaşı olan binaların təbii formada qiymətləri formalaşacaq.

Yəni necə ki, avtomobil alanda onun texniki pasportunda istehsal tarixi qeyd olunur. Hər il onun yaşı ötdükcə avtomatik onun satış qiymətinə təsir edir və qiyməti aşağı düşür. Bu, əmlaklarda da belədir. Dünya təcrübəsində də bu özünü göstərir. Yəni binanın istismar müddəti azaldıqca onun satış qiymətləri aşağı düşür. 

Necə ki, banklar köhnə tikili binaları ipoteka kreditinə ayırmırlar, çünki onların istismar müddəti bitib, ayırmadıqlarına görə, artıq onların kapitallaşması aşağı düşüb. 

Vətəndaşlar da hər hansı əmlak alarkən onun barəsində məlumat almaq vətəndaşın haqqıdır və bundan əlavə bu əmlakların hər birində onun tikilmə tarixi qeyd olunarsa, avtomatik olaraq süni formada olan qiymət artımı aşağı düşəcək". 

Ekspertin sözlərinə görə, bu həm də bir psixoloji amildir:

"Vətəndaş bir əmlak alırsa, həmin binanın yaşı 20-50-ni ötübsə, demək burada istifadə olunan bütün tikinti materiallarının, istər sanitar qovşaqlar, istər elektrik kabelləri, fərqi yoxdur, hər biri artıq keyfiyyətini itirməyə doğru gedir. 

Təbii ki, alıcılar əmlaka pulu yatırmaqdan imtina etdikcə də onun qiyməti aşağı düşəcək. Bu prosesə start verilərsə, bir neçə ildən sonra əmlak bazarında  qiymətlərdə çox ciddi tənzimləmə olacaq. Hazırda yeni binalarda qiymət bir başqa, köhnələrdə yenilərdən də bahadır, qiymətləndirmədə torpağın qiyməti bir başqa ölçülür.

Ancaq çoxmənzilli binalarda tikilmə və bitmə tarixinin qeyd olunmaması bu cür qiymət artımına gətirib çıxarır. Bu bir faktdır, məsələn, binada istifadə olunan sementin, eləcə də elektrik kabelləri və s. bir dözümlülük müddəti var. Əgər əmlak alıramsa, mən baxacam ki, bu əmlak neçənci ildə tikilib, burada istifadə olunan materiallar artıq keyfiyyətini itirirsə, bu binadan ev almaq təhlükəlidir.

Birmənalı olaraq bu binaların qiymətləri enməlidir. Bunun üçün də vətəndaş ən azından alqı-satqıda o tarixi görməlidir". 

Ekspertin fikrincə, əhali maariflənməlidir:

"İnsan hər hansı qida məhsulu belə, alanda onun istehsal tarixi ilə bitmə tarixinə baxır. Bu avtomobillərdə də belədir.

Mən bunu təklif kimi irəli sürürəm ki, bu olsa bazarda qiymət tənzimlənir. 

Həm də hər bir vətəndaşın hüququdur ki, aldığı əmlakın, əşyanın yaşını bilsin.

Əgər bu binanın istismar müddətinin bitməsinə 5 il qalıbsa, təbii ki, yeni tikilən bina qiymətində ola bilməz".

Seçilən
9
cebheinfo.az

1Mənbələr