Məlum olduğu kimi, Azərbaycan noyabrın 11-22 tarixlərində COP-29 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi edib.
Konfrans çərçivəsində dünyanın yüzdən çox ölkəsindən 80 minə yaxın qonaq, həmçinin bir çox dövlət rəsmiləri, prezidentlər, vitse-prezidentlər və baş nazirlər bu mötəbər tədbirdə iştirak etmək üçün paytaxt Bakıya təşrif buyurublar.
AZXEBER.COM konfransın sonuncu günündə Sammitin keçirildiyi Bakı Olimpiya Stadionunda olub və burada əcnəbilərdən, o cümlədən xarici qonaqlardan adıçəkilən beynəlxalq səviyyəli konfrans barədə təəssüratlarını öyrənib.
Qonaqlar COP-29 Sammiti fonunda Bakıda olduqları üçün özlərini çox xoşbəxt hiss etdiklərini və Azərbaycanın beynəlxalq iqlim dəyişikliyinə qarşı cavab tədbirlərinin böyük uğurla yerinə yetirdiyini qeyd ediblər.
Həmin videoreportajı təqdim edirik:
Mikayıl Mirzəzadə
Xanlar Əlizadə