AZ

Bayramov və Berbok COP29 gündəliyini, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün COP29 çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla görüş keçirib. 

"Tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində cari danışıqları müzakirə ediblər.

Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh prosesinə olan mövcud çağırışları müzakirə ediblər.

C.Bayramov Azərbaycana qarşı koordinasiya olunan qərəzli və əsassız kampaniyadan narahatlığını ifadə edib və bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb", deyə Azərbaycan XİN-in məlumatında bildirilir.

Seçilən
7
4
turan.az

10Mənbələr