AZ

“Nə desəm də, doğru qəbul olunmayacaq” – Sxadadze Gürcüstan və Azərbaycan futboluhaqda

Millətlər Liqasında D liqasına yuvarlandıq. Elə U-21, U-19, U-17 yığmalarımız da acınacaqlı durumdadı. Bu arada qonşu Gürcüstanın U-21 yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Axı gürcülərdən nəyimiz əskikdi?

Hazırda “Qəbələ”ni çalışdıran gürcüstanlı Kaxaber Sxadadze “Football-plus.az”a belə cavab verdi:

“Təəsüratım çox yaxşıdı. Ona görə ki, gənclərimiz Avropa çempionatına, U-19 elit mərhələyə vəsiqə qazandı. Bütün bunlar futbolumuzun inkişafının nəticəsidi, yaxşı gənclər yetişir. Əlbəttə, bu məqamlar məni çox sevindirir. Müqayisə etməyə gəlincə, mən indi bu suala cavab verə bilmərəm. Ona görə ki, sadə azarkeş deyiləm, funksionerəm, baş məşqçiyəm. Nə desəm də, doğru qəbul olunmayacaq. Birmənalı şəkildə yalnız onu deyə bilərəm ki, biz futbolçularımızın inkişafı üçün maksimum çalışırıq. Bizdə Qəbələ futbol məktəbinin yetirməsi olan çoxlu gənc futbolçu var. Bu gənclərin yaxşı futbolçuya çevrilməsi üçün çalışırıq. Bu yolda çox işləyirik. Təəssüf ki, qalan məqamlarla bağlı heç nə deyə bilmərəm. Yəni mənim buna səlahiyyətim çatmır. Azərbaycanın bütün yaş qrupları üzrə komandalarına uğurlar arzulayıram, onlara azarkeşlik edirəm. Amma Gürcüstandan sonra”.

RÖYANƏ OĞUZ
Seçilən
12
football-plus.az

1Mənbələr