AZ

Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı-Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

Image

Almaniyanın III Dünya Müharibəsi başlaması ehtimalına qarşı 100 səhifəlik ətraflı plan hazırladığı ortaya çıxıb. Berlinin gizli planına 800 min NATO əsgərinin və 200 min hərbi maşının səfərbər edilməsi də daxildir.

Qeyd edək ki, son həftələrdə Şimali Koreya Putini dəstəkləmək üçün minlərlə əsgər göndərib və son olaraq Rusiyaya Kiyevin uzaqmənzilli raketlərlə hücumlarına cavab olaraq ilk dəfə Ukraynanı qitələrarası ballistik raketlərlə vurub. Hazırda Avropada müharibənin genişlənə biləcəyi qorxusu var. 

“Frankfurter Allgemeine Zeitung” qəzeti və “The Sun”un məlumatına görə, Almaniyanın III Dünya Müharibəsi ehtimalına qarşı planı Rusiya ilə Ukrayna arasında gərginliyin təhlükəli şəkildə artması səbəbindən təcili hazırlanıb. “Frankfurter Allgemeine Zeitung” qəzetinin məlumatına görə, Berlin rəhbərliyi “Deutschland əməliyyatı” (Almaniya əməliyyatı) başlığı altında 1000 səhifəlik məxfi sənəd hazırlayıb.

Məxfi planda Rusiya ilə vəziyyətin bütövlükdə müharibəyə çevriləcəyi təqdirdə Berlinin öz ərazisinə 200 min hərbi maşın və 800 min NATO əsgərini daşımağa hazır olacağı proqnozlaşdırılır. Məxfi sənədlərdə hərbi səbəblərə görə, fövqəladə vəziyyətlər zamanı xüsusi mühafizəyə ehtiyacı olan bina və infrastruktur obyektləri də müəyyənləşdirilib.

Sənədlər arasında Almaniyanın hansısa formada müdafiə təhlükəsi və ya qabaqlayıcı gərginlik vəziyyətində necə davranacağına dair planlar da yer alır, bu da ehtimal olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsilə bağlıdır. 

İddialara görə, plan hazırlandıqdan sonra Hamburq Ticarət Palatasında müəyyən şirkətlərin iştirak etdiyi iclas keçirilib. İclasda iştirakçılara fövqəladə hallarda dizel generatorlarından və hətta külək turbinlərindən istifadə etmək tövsiyə olunub. Bundan başqa, yük maşınlarının idarə edilməsi ilə bağlı təlimatlar verilib. İclasda, Almaniya yollarında yük maşınlarının 70 faizinin Şərqi avropalıların idarə etdiyi qeyd edilib və müharibə olsa, bu insanlar harada olacağı isə problem kimi ortaya çıxıb.

TAHİR





Seçilən
61
7
baki-xeber.com

10Mənbələr