AZ

İlham Əliyev məktub ünvanladı

Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

Bildirilib ki, ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

“ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. “Sülh və barışıq axtarışı” mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir”, - deyə Azərbaycan Prezidentinin məktubunda vurğulanıb.

"Cebheinfo.az"

Seçilən
12
29
cebheinfo.az

10Mənbələr